Saytımızı qiymətləndirin


 
 

Paşinyan Şarl Mişellə Brüssel görüşündə əldə olunmuş razılaşmaları müzakirə edib
Tarix: 18-04-2022 | Saat: 23:59
Bölmə:Karusel / Region | çapa göndər

 

Şarl Mişellə Paşinyan arasında görüş başladı | No Comment

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.

Paşinyan və Mişel Aİ-nin Şərq Tərəfdaşlığı əməkdaşlığı və investisiya planı çərçivəsində Ermənistana 2,6 milyard dolların ayrılması ilə bağlı sazişlərin icrasını müzakirə ediblər.

Mişel investisiya proqramı üzrə öhdəlikləri tam yerinə yetirməyə hazır olduğunu təsdiqləyib və layihələrin praktiki icrasına tez başlanmasının vacibliyini qeyd edib.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər