Saytımızı qiymətləndirin


 
 

Şuşada 3 erməni dəm qazından zəhərlənərək ölüb
Tarix: 09-01-2019 | Saat: 10:11
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistanın işğalı altında olan Azərbaycanın Şuşa şəhərində dəm qazından zəhərlənmə nəticəsində 3 erməni ölüb, 1-i xəsarət alıb.

"Qarabaginfo" “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onların hamısı bir ailənin üzvləridir. 

Belə ki, Şuşadakı evlərdən birindən 1986-cı ildə anadan olmuş S.M. və 1990-cı ildə doğulmuş A.A. adlı ər-arvadın, onların 2014-cü ildə andan olmuş J.M. adlı oğullarının meyiti aşkarlanıb. 2011-ci ildə anada olan uşaq isə Azərbaycanın işğal altında olan Xankəndi şəhərindəki xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

İlkin məlumata əsasən, hadisə dəm qazından zəhərlənmə nəticəsində baş verib.

Qeyd edək ki, yanvarın 7-də Yerevanda da 10 nəfər dəm qazından zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdirilib. 



Xəbəri paylaş

513 dəfə oxunub.

Digər xəbərlər