Saytımızı qiymətləndirin


 
 

Parlament isidilmədi - Deputatlar qalın paltarlarda iclas keçirdi
Tarix: 27-11-2022 | Saat: 20:33
Bölmə:Karusel / Manşet | çapa göndər

Parlament isidilmədi - Deputatlar qalın paltarlarda iclas keçirdi 

Almaniya parlamentinin bəzi deputatlarının iclaslar zamanı qalın paltar geyindikləri və şərf taxdıqları müşahidə edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu "Der Spiegel" nəşri məlumat yayıb.

 

Bildirilir ki, parlamentdə ofis və konfrans otaqları yalnız 19 dərəcəyə qədər qızdırılır, dəhlizlər və foyelər ümumiyyətlə qızdırılmır.

 

İclasların birində Yaşıllar fraksiyasının həmsədri Renate Künast qalın gödəkçə, maliyyə naziri Kristian Lindner pencəyinin altından qalıb paltar geyinib, deputat Klara Qeivitz isə boynuna böyük şərf bağlayıb.

 

Bundestaq administrasiyasının məlumatına görə, ofislər tezliklə yenidən istiliklə təmin olunacaq. Lakin bu, bir qədər vaxt aparacaq.

 

Rusiyadan tədarükün azalması ilə fonunda Almaniyada qazın qiyməti kəskin artıb, yayda hakimiyyət orqanları almanları daha az yuyunmağa və soyuq suda çimməyə çağırıb.



Xəbəri paylaş

197 dəfə oxunub.

Digər xəbərlər