Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşəcək
Tarix: 18-04-2022 | Saat: 10:35
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Sahibə Qafarova Gürcüstan Prezidenti ilə görüşəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 19-da Gürcüstana rəsmi səfər edəcək.

Bu barədə Qarabaginfo.az-a məlumat Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Gürcüstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, deputatlardan Vüqar İskəndərov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Etibar Əliyev, Fəzail Ağamalı, Sabir Rüstəmxanlı, Naqif Həmzəyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclis sədrinin Gürcüstanın Prezidenti, ölkənin Baş naziri və parlamentin spikeri ilə görüşləri nəzərdə tutulub.

Səfər aprelin 20-də başa çatacaq.



Xəbəri paylaş

225 dəfə oxunub.

Digər xəbərlər