Tarix: 16-04-2022 | Saat: 00:12
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan hazırda "Standard & Poors" və "Fitch Ratings" beynəlxalq reytinq agentlikləri ilə müqavilə əsasında əməkdaşlıq edir.
Qarabaginfo.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov deyib.
O qeyd edib ki, lakin "Moodys" ilə heç bir əməkdaşlıq müqaviləsi yoxdur: "Ancaq, buna baxmayaraq onlar yenə də bizim reytinqimizi qiymətləndirirlər və dərc edirlər. Çünki, Azərbaycan bir çox investorlara maraqlıdır və reytinq agentliyindən hesabatın dərc olunmasını istəyirlər. Ona görə "Moodys"in Azərbaycan ilə müqaviləsi olmadan belə, hər il bizim reytinqimizi dərc edirlər".
A. Mursaqulov vurğulayıb ki, bir çox ölkələr beynəlxalq təcrübəyə uyğun olaraq ən azı 2 reytinq agentliyi ilə əməkdaşlıq edir.
"Kredit reytinq agentlikləri əvvəllər ildə bir dəfə, artıq ildə 2 dəfə qiymətləndirməyə başlayıblar. Müvafiq hesabatlar dərc edirlər. Bunu bütün investorlar izləyirlər və mütəmadi olaraq ordakı məlumatları bizim verdiyimiz məlumatlarla üzləşdirirlər, təhlillər aparırlar", - o qeyd edib.
A. Mursaqulovun sözlərinə görə, Beynəlxalq Valyuta Fondu (IMF) da ildə bir dəfə Azərbaycan ilə məsləhətləşmələr aparır və hesabatlar dərc edir: " Beləliklə məlumat axını bir çox mənbədən gəlir. Amma bizdə dövlətin, hökumətin icra etdiyi siyasətləri və nəzərdə tutduğu siyasətləri onların diqqətinə çatdırır. Bir var quru məlumat verəsən, biri də var izahatını təqdim edəsən. Bu da bizim Agentliyin əsas funksiyalarından biridir"
Digər xəbərlər