Tarix: 05-01-2022 | Saat: 22:48
Bölmə:Karusel / Region | çapa göndər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanda kütləvi etirazların yatırılmasına kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
Qarabaginfo.az RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə prezidenti KTMT tərəfdaşlarına müraciəti məqsədəuyğun və vaxtında hesab etdiyini bildirib.
Tokayevin sözlərinə görə, terrorçu dəstələr Qazaxıstanda iri infrastruktur obyektlərinə nəzarət edirlər.
Qazaxıstan prezidenti KTMT tərəfdaşlarına müraciəti “uyğun və vaxtında edilən” adlandırıb.
“Kollektiv təhlükəsizlik müqaviləsinə əsaslanaraq, mən bu gün KTMT dövlətlərinin başçılarına müraciət etdim ki, Qazaxıstana bu terror təhlükəsini aradan qaldırmağa kömək etsinlər. Əslində bu, artıq təhlükə deyil, dövlətin bütövlüyünə xələl gətirmək cəhdi və və ən əsası dövlət başçısı kimi məndən onlara təcili köməklik etməyi xahiş edən vətəndaşlarımıza qarşı hücumdur”.
Qazaxıstan lideri qeyd edib ki, hazırda Alma-Ata yaxınlığında terrorçu dəstələrin Müdafiə Nazirliyinin desant bölmələri ilə inadkar döyüşü gedir.
(Apa)
Digər xəbərlər