Saytımızı qiymətləndirin


 
 

Xankəndi-Laçın yolunda insidentdə 1 hərbçimiz yaralandı -  Video - YENİLƏNİB
Tarix: 13-11-2021 | Saat: 10:36
Bölmə:Karusel / Qarabağ | çapa göndər

print sharing button

Azərbaycan hərbçilərinə qumbara atan şəxsin kimliyi məlum olub.

Qarabaginfo.az Caliber-ə istinadla xəbər verir ki, bu gün səhər saat 7 radələrində Şuşa şəhəri yaxınlığındakı Daşaltı keçid məntəqəsində erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.

Ermənilərin terror aktı nəticəsində ən azı bir hərbçimiz yaralanıb. Xoşbəxtlikdən onun həyatına heç bir təhlükə yoxdur.

***

10:15

Xankəndi-Laçın yolunda qumbara atan şəxs saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, Rusiya sülhməramlıları Rusiya və Azərbaycan hərbçilərinə RQD-5 atan terrorçunu saxlayıblar.

O, hadisə yerindən qaçmağa çalışsa da həbs edilib.

Aldığımız son məlumata görə, Xankəndi-Laçın yolunda hərəkət bərpa edilib.

 

 



Xəbəri paylaş

2413 dəfə oxunub.

Digər xəbərlər