Saytımızı qiymətləndirin


 
 

Rosneft”in rəhbəri: “Neftin qiyməti bu ilin sonuna qədər 60 dollara çata bilər”
Tarix: 21-03-2020 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

“Dünya neft bazarında yaranmış vəziyyət ABŞ-ın şist neft istehsalçılarını tədricən müflis edəcək. Bunun nəticəsində bazarda yenidən tarazlıq yarana və neftin 1 barelinin qiyməti bu ilin sonuna qədər 60 ABŞ dollarına çata bilər”.

"Qarabaginfo" “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın dövlət neft şirkəti - “Rosneft”in rəhbəri İqor Seçin bildirib.

O, “qara qızıl”ın hazırki qiymətlərini “dramatik” adlandırıb və deyib: “Bu vəziyyətdə investorlar şist neft istehsalına maraq göstərərmi? Mən buna inanmıram”.



Xəbəri paylaş

392 dəfə oxunub.

Digər xəbərlər