Saytımızı qiymətləndirin


 
 

Bakıdakı məntəqədə Fransa vətəndaşlarının əksəriyyəti Makrona səs verib
Tarix: 13-04-2022 | Saat: 18:25
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıdakı məntəqədə Fransa vətəndaşlarının əksəriyyəti Makrona səs verib

Aprelin 10-da Fransada keçirilən prezident seçkiləri ilə əlaqədar Azərbaycandakı Fransa vətəndaşları üçün Bakıda açılmış səsvermə məntəqəsində qeydə alınan səsvermə nəticəsi açıqlanıb.

Qarabaginfo.az Fransa səfirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanda qeydiyyatda olan 189 fransız seçicidən 101 (53,44 %) nəfəri səsvermədə iştirak edib.

 

Ən çox səs toplayan namizəd hazırkı prezident, mərkəzçi Emmanuel Makron olub. O, 34 səs (34,34 %) yığıb.

Sol qanadın namizədi Jan-Luk Melenşon səslərin 25.25%-ni toplayıb. Belə ki, ona 25 seçici səs verib.

Erik Zemmoura 10 seçici (10,10 %) səs verib.

Mari Le Pen 8 səs (8,08 %) toplayıb.

Natali Arthaud və Jan Lassalle hər biri 1 səs (1.1%), Fabien Roussel və Valerie Pekresse hər biri 3 səs (3,03 %), Anne Hidalqo 2 səs (2.2%), Yannik Yadot 8 səs (8.08%), Nikolas Dupont-Aignan 4 səs (4.04) toplayıb.

Bakıda Filip Potouya isə heç bir Fransa vətəndaşı səs verməyib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Xatırladaq ki, Fransanın hazırkı dövlət başçısı Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səslə qalib gəlib. Makronun ikinci turda əsas rəqibi ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen olacaq.



Xəbəri paylaş

1240 dəfə oxunub.

Digər xəbərlər