Saytımızı qiymətləndirin


 
 

Qarabağdakı ermənilər çaxnaşma içində...
Tarix: 12-04-2022 | Saat: 02:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

 Qarabağdakı ermənilər çaxnaşma içində...

Qarabağdakı ermənilər arasında yenə çaxnaşma düşüb. Xocalının Sərdarkənd kəndində qondarma “icma rəhbəri” Azərbaycan Ordusunun irəlilədiyini deyir, separatçı-terrorçu rejim bu məlumatın doğru olmadığını sübut etməyə çalışır.

Ordumuzun mövqe dəyişikliyi haqda məlumatların dəqiqliyini MN-nin rəsmi təsdiqi olmadan demək çətindir, lakin Fərrux məsələsindən sonra Qarabağdakı erməni əhalisinin separatçı-terrorçu rejimə inamının azaldığı aydın görünür. Qaz problemi, ermənilərin musiqi zövqünün milliləşdirilməsi, ardınca Fərruxda baş verənlər bu inamsızlığın təməlini qoydu.

Bu vəziyyətin dərinləşməsi üçün Qarabağdakı ermənilərə bölgədə Azərbaycanın suverenliyinin alternativi olmadığı reallığını izah edəcək informasiya axınını genişləndirmək və bunu əməli şəkildə göstərməyə davam etmək yaxşı olardı.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər