“Artıq Laçın şəhəri və iki kənd bizim nəzarətimizdədir”.
Qarabaginfo.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov deyib.
"Mühəndis qoşunları tərəfindən mina axtarma işləri davam etdirir. Qeyd edim ki, Laçın şəhərində avqustun 15-dən bu günə qədər 1300-dən artıq piyada əleyhinə mina aşkar edilib. Bu minaların müharibədən sonra Ermənistan Respublikasında istehsal olunması müəyyən edilib. Bu da Azərbaycan Ordusuna və əhalisinə qarşı təcavüzün göstəricisidir".
A.Eyvazov qeyd edib ki, hazırda burda olan hərbi qulluqçuların sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır: "Azad edilmiş digər ərazilərdə olduğu kimi, burada hər şey çox yüksək səviyyədə təşkil ediləcək".
Mətbuat xidmətinin rəisi əlavə edib ki, bir həftə ərzində Ermənistan tərəfindən Laçın və Laçın ətrafı ərazilərdə təxribat xarakterli fəaliyyətlər qeydə alınmayıb: "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa hər an hazırdır".
MN rəsmisi bildirib ki, hazırda Azərbaycan Ordusunun bölmələri nəzarətə götürülmüş ərazilərdə mövqelərin dəqiqləşdirilməsi və yeni dislokasiya məntəqələrində bölmələrin yerləşməsi prosesini həyata keçirir: