Tarix: 28-02-2022 | Saat: 19:31
Bölmə:Karusel / Gündəm | çapa göndər
Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirməyinə Böyük Britaniya XİN başçısının sözlərinin səbəb olduğunu bildirib.
Qarabaginfo.az-ın “Sky News”a istinadən xəbərinə görə, bu barədə Peskov keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, müxtəlif səviyyələrdə müxtəlif nümayəndələr tərəfindən NATO ilə Rusiya arasında mümkün toqquşmalar barədə bəyanatlar verilib: “Biz hesab edirik ki, bu cür bəyanatlar qətiyyən qəbuledilməzdir. Mən bu bəyanatların müəlliflərinin adlarını açıqlamazdım, baxmayaraq ki, bu, Böyük Britaniyanın xarici işlər naziri idi”.
Qeyd edək ki, Liz Trass bir neçə gün öncə "Sky News"a verdiyi açıqlamada Rusiyanın dayandırılmadığı təqdirdə digər dövlətlərin təhdid oluna biləcəyini və bunun NATO ilə münaqişə ilə nəticələnə biləcəyini söyləmişdi.
Digər xəbərlər