Saytımızı qiymətləndirin


 
 

Kişinyov görüşü müsbət nəticə verə bilər - Mirzoyanın müavini
Tarix: 12-05-2023 | Saat: 16:44
Bölmə:Karusel / Region | çapa göndər

Kişinyov görüşü müsbət nəticə verə bilər - Mirzoyanın müavini

 

"Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan əmindir ki, iyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə gözlənilən beştərəfli görüşdə Aİ-nin ən nüfuzlu ölkələri olan Fransa və Almaniyanın iştirakı mütləq müsbət nəticə verə bilər".

 

Qarabaginfo.az "Armenpress"ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan XİN başçısının müavini Paruyr Hovhannisyan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

 

Kişinyovdakı görüşün formatına gəlincə, nazir müavini deyib ki, bu, Praqadakı kimi olacaq, lakin Almaniya kansleri Olaf Şoltsun da iştirakı gözlənilir.

 

“Bir sıra müxtəlif formatlar var. Söhbət prosesin irəliləməsindən gedir, yeni formatın yaradılmasından ümumiyyətlə söhbət getmir”, - deyə xarici işlər nazirinin müavini vurğulayıb.

 

“Almaniya və Fransanın iştirakı əlbəttə ki, müsbət töhfə verə bilər. Bunlar Aİ-də ən nüfuzlu ölkələrdir. Heç kim şübhə edə bilməz ki, Aİ prosesi dəstəkləsə, Aİ-nin iki ən nüfuzlu ölkəsinin iştirakı müsbət təsir göstərə bilər”, - o əlavə edib.

 

Ermənistan tərəfi Kişinyovda keçiriləcək görüşdə iştirak etməyə hazır olduğunu təsdiqləyib. Azərbaycan tərəfindən hələlik görüşdə iştirakla bağlı rəsmi razılıq yoxdur.

 

Kişinyovdakı danışıqlardan əvvəl mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər