Saytımızı qiymətləndirin


 
 

Polkovnik Həziyev Ceyhunun itkin düşməsi ilə bağlı həbs edilibmiş
Tarix: 29-07-2024 | Saat: 15:13
Bölmə:Karusel / Kriminal | çapa göndər

polkovnik-heziyev-ceyhunun-itkin-dusmesi-ile-bagli-hebs-edilibmis

Xəbər verdiyimiz kimi, Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Samir Həziyev ötən ay itkin düşmüş, sonradan qətlə yetirilmiş halda tapılan əsgər Hüseynov Ceyhun Tofiq oğlunun cinayət işi ilə əlaqədar istintaqa cəlb edilib.

Polkovnik Ceyhun Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri olub.

Aparılmış istintaqla müəyyən edilib ki, əsgər Hüseynov hərbi hissəni icazəsiz tərk edib və meyiti 2 gün sonra Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində yerləşən ərazidə aşkar edilib.

 

Hərbi hissə komandiri isə ona görə ittiham olunur ki, o, əsgərin itkin düşməsi ilə bağlı dərhal zəruri tədbirlər görməyib, araşdırma aparmayıb.

Bu səbəbdən onun barəsində cinayət işi başlanılıb, həbsinə qərar verilib. Polkovnik isə ittihamı qəbul etmir. O, qərardan apellyasiya şikayəti verib.

Qeyd edək ki, Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.

 



Xəbəri paylaş

82 dəfə oxunub.

Digər xəbərlər