Ukrayna Prezidenti Volodimir Zelenski ilə Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “Twitter“ hesabında paylaşım edib.
"Biz Almaniyanın dəstəyini, o cümlədən müdafiəni yüksək qiymətləndiririk. Ukraynanın Aİ-yə tam üzvlük yolunda Almaniyanın gələcək yardımını gözləyirik", - Zelenski paylaşımında qeyd edib.
Ukrayna və Almaniya liderləri cəbhədəki vəziyyəti, Rusiyaya təzyiqlərin davam etməsini, sanksiyaların sərtləşdirilməsini və sülh perspektivlərini müzakirə ediblər.