Saytımızı qiymətləndirin


 
 

Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan ETİRAF
Tarix: 10-10-2022 | Saat: 13:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gorus-Qafan yolunun 21 km-lik hissəsi Ermənistan deyil - İrəvandan ETİRAF

Gorus-Qafan yolunun Azərbaycanın nəzarətinə keçən hissəsi Ermənistan Respublikasının sərhədlərinə daxil deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan brifinqdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olması kontekstində yol məsələsini şərh edərkən deyib.


"Söhbət noyabrın 9-dan sonra Azərbaycanın nəzarətinə keçən hissədən gedir. 2010-cu ildə parlament tərəfindən qəbul edilmiş “İnzibati ərazi bölgüsü haqqında” qanuna əsasən, Gorus-Qafan yolunun həmin hissəsi Ermənistanın sərhədlərinə daxil deyil”, - Aleksanyan bildirib.


Belədirsə, erməni tərəfinin niyə 30 ildir yolun həmin hissəsini işlətdiyinə gəlincə, deputat deyib verib ki, bu, birinci Qarabağ müharibəsində əldə edilən qələbə sayəsində təmin olunmuşdu.


Eyni zamanda o, keçmiş hakimiyyət orqanlarını ittiham edib ki, Ermənistanın o vaxtkı bütün büdcəsi Azərbaycanın hərbi büdcəsindən aşağı idi və Bakıda toplanan silahlar nə vaxtsa atəş açmalıydı.


Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə 2020-ci ilin dekabrında keçib. Bu, 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra baş verib. Zəngəzur bölgəsində yerləşən Şahverdilər və Şurnuxu kəndlərinin bir hissəsi Azərbaycanın nəzarətinə qaytarılıb. Nəticədə həm də ərazidən keçən Gorus-Qafan yolunun 21 km-lik hissəsinə nəzarət də Azərbaycana keçib.

2021-ci ilin sentyabrında isə Azərbaycan tərəfi haqlı olaraq Gorus-Qafan yolunun Şahverdilər kəndi ərazisindən keçən hissəsində (həmin yer hazırda Qubadlı rayonunun Eyvazlı kəndinə məxsusdur-red.) gömrük və polis postu quraraq, Ermənistana yük daşıyan İran maşınlarını dayandırıb yoxlamağa və gömrükhaqqı tələb etməyə başlayıb. Bu tədbirlər nəticəsində həm də Gorus-Qafan yolu ilə Xankəndiyə qanunsuz yükdaşımalarına son qoyulub.

Xatırladaq ki, Ermənistan baş nazir Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin 2022-ci il oktyabrın 6-da keçirilən görüşünün yekunları üzrə bəyanat qəbul edilib. Ermənistan və Azərbaycan hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.



Xəbəri paylaş

136 dəfə oxunub.

Digər xəbərlər