Saytımızı qiymətləndirin


 
 

Rusiya Bakının təkliflərini sülh sazişi üçün əsas götürür
Tarix: 28-04-2022 | Saat: 16:42
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesini şərh edib.


Qarabaginfo.az xəbər verir ki, M.Zaxarova bu barədə həftəlik brifinqdə bildirib.

“Sülh sazişinin hazırlanmasında İrəvan və Bakıya köməklik göstərərkən Rusiya tərəfi Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsiplərinə dair təklifləri rəhbər tutur”, - Zaxarova deyib.

Rusiya XİN-in rəsmisi bildirib ki, təkliflər Bakıda hazırlanıb və İrəvandan konstruktiv cavab verilib.

“Biz hesab edirik ki, həmin təkliflər mövqelərin razılaşdırılması üçün yaxşı əsasdır. Status məsələsində Bakı ilə İrəvan arasında fundamental fikir ayrılıqları qalmaqdadır. Biz tərəfləri yaxınlaşdırmaq üçün öz rolumuzu görürük”, - Zaxarova bildirib.
 

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir. O, bunu əsas amil kimi vurğulayıb.
 

"Orada hər şey, o cümlədən bir-birinə münasibət yazılıb. Qarşıdurma ritorikasından çəkinmək və bütün məsələləri siyasi və diplomatik vasitələrlə həll etmək də eyni dərəcədə vacibdir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib.
 

Martın ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik təklifin mətnini dərc edib.
 

Bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik daxildir. Tərəflər dövlətlərarası münasibətlərdə təhlükəsizliyi təhdid etməkdən çəkinməyi də öhdəlik kimi götürməlidirlər.(Modern.az)



Xəbəri paylaş

1463 dəfə oxunub.

Digər xəbərlər