Ana Sayfa > Karusel / Region > Rusiya Bakının təkliflərini sülh sazişi üçün əsas götürür
Rusiya Bakının təkliflərini sülh sazişi üçün əsas götürür28-04-2022, 16:42. Yazar: Admin |
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesini şərh edib.
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi çərçivəsində üçtərəfli sazişlərin mahiyyətinə və ruhuna riayət etmək son dərəcə vacibdir. O, bunu əsas amil kimi vurğulayıb. "Orada hər şey, o cümlədən bir-birinə münasibət yazılıb. Qarşıdurma ritorikasından çəkinmək və bütün məsələləri siyasi və diplomatik vasitələrlə həll etmək də eyni dərəcədə vacibdir", - Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib. Martın ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik təklifin mətnini dərc edib. Bunlara suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəlik daxildir. Tərəflər dövlətlərarası münasibətlərdə təhlükəsizliyi təhdid etməkdən çəkinməyi də öhdəlik kimi götürməlidirlər.(Modern.az) Geri dön |