20 nəfərin velosipedini oğurlayıb ticarət mərkəzində satdı - Foto
Tarix: 08-04-2022 | Saat: 12:54
Bölmə:Karusel / Kriminal | çapa göndər
345 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-04-2022 | Saat: 12:54
Bölmə:Karusel / Kriminal | çapa göndər

Binəqədidə 20 nəfərin velosipedini oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, paytaxt sakini olan bir nəfər Binəqədi RPİ 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, ona məxsus 1200 manat dəyərindəki velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb. Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyən edilib.
Məlum olub ki, T.Mürsəlov oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisində yerləşən ticarət mərkəzlərindən birində satıb. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
Digər xəbərlər
27-04-2022, 14:24
AMEA-da Qarabağ bölməsinin yaradılması təklif edilib
31-10-2021, 18:21
Ərdoğan Makronla görüşüb
17-09-2022, 12:04
Ermənistan silahlı qüvvələrinin təxribatçıları tərəfindən basdırılan minalar aşkar olunub - VİDEO
25-04-2025, 15:58
Azərbaycanda PUA-lar üçün coğrafi zonaların təyiniylə əlaqədar meyarlar müəyyənləşib
28-02-2022, 17:42
AZAL Rumıniyaya təyyarə göndərdi
















