Saytımızı qiymətləndirin


 
 

Makron: “Fransa Ukraynada sülhün qurulmasının qarantı olmağa hazırdır”
Tarix: 08-04-2022 | Saat: 04:13
Bölmə:Karusel / Region | çapa göndər

Makron: “Fransa Ukraynada sülhün qurulmasının qarantı olmağa hazırdır”

“Fransa Ukraynada sülhün qurulmasında qarant rolunu oynamağa hazırdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri “Le Parisien” qəzetinə müsahibəsində Fransa Prezidenti Emmanuel Makron deyib.

“Atəşkəs nə vaxtsa olacaq və biz sülh yaratmalı olacağıq. Fransa bu hadisədə zəmanətçi rolunda olmağa hazırdır”,-deyə Makron bildirib.

O vurğulayıb ki, nəticələrdən asılı olmayaraq, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirir. Makronun sözlərinə görə bu, Parisə danışıqlar prossesində vasitəçi olmağa imkan yaradır.

“Bu mənim borcumdur. Mayın ortalarına qədər heç bir nəticənin olmayacağına inansam da bu, gələcəkdə sülhə hazırlaşmaq üçün faydalı olacaq”, - deyə Fransa Prezidenti əlavə edib.

Fransa Prezidenti Mariupoldakı vəziyyətə ayrıca toxunaraq humanitar məsələlərə böyük diqqət yetirdiyini bildirib.



Xəbəri paylaş

1382 dəfə oxunub.

Digər xəbərlər