Tarix: 03-01-2026 | Saat: 23:57
Bölmə:Karusel / Dünya | çapa göndər
“İllərdir, günahsız amerikalılar onun ucbatından həyatlarını itiriblər. Onlar insanları qaçırıblar, vəhşicəsinə qətlə yetiriblər”.
Qarabaginfo.az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransında deyib.
“Maduro rejimi həbsxanaları boşaldıb, cinayətkarları azad edib. Narkotik qaçaqmalçılarını azad ediblər, amma artıq heç kim bu sərhədi keçməyəcək.
ABŞ milyardlarla dollar itirib. Dünən gecə bizə qarşı silah istifadə ediblər. Biz nəhəng ABŞ neft şirkətlərini gətirəcəyik.
200 ildir baş verən qanun pozuntularının heç biri bir daha təkrarlanmayacaq. Biz kartelləri məhv edəcəyik”, - o qeyd edib.
ABŞ lideri əlavə edib ki, keçmiş prezidentlər bu cəsarəti göstərə bilməzdilər:
“Biz buna imkan verməyəcəyik. Qoy bu ABŞ suverenliyini təhdid edənlərə dərs olsun. Venesueladakı bütün siyasi aktorlar bilməlidirlər ki, Maduronun başına gələnlər onların da başına gələ bilər. Dünən gecədən bəri Venesuela azad xalqdır”.
Digər xəbərlər




" style="width: 670px; height: 340px;">












