Saytımızı qiymətləndirin


 
 

İki Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub
Tarix: 20-06-2024 | Saat: 16:58
Bölmə:Karusel / Region | çapa göndər

İki Azərbaycan vətəndaşı Rusiyadan ekstradisiya olunub

İki azərbaycanlı Rusiyadan ölkəmizə ekstradisiya olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Hüseynov Rahib Sahib oğlu və İbrahimov Murad Teyyub oğlunun Rusiya Federasiyasından ekstradisiyası haqqında qərar qəbul olunub.

Belə ki, Abşeron rayon polis idarəsində ibtidai istintaqı aparılan cinayət işləri üzrə İbrahimov Murad Teyyub oğlunun qəsdən sağlamlığa ağır zərər vurma, Hüseynov Rahib Sahib oğlunun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə beynəlxalq axtarışa veriliblər.

Murad İbrahimov və Rahib Hüseynov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər