Saytımızı qiymətləndirin


 
 

Kreml Brüssel görüşünə belə REAKSİYA verdi
Tarix: 07-04-2022 | Saat: 13:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Aydındır ki, proses çox uzundur, lakin belə bir sənədin bağlanması istiqamətində irəliləyiş çox müsbət faktdır və alqışlanır", - Rusiya prezidentinin sözçüsü deyib.

 

Peskov Azərbaycan və Ermənistanın sülh danışıqlarına hazır olduğunu vurğulayıb.

 

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü olub. Görüşdən sonra bəyanat yayan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel danışıqların müsbət keçdiyini bildirib. 



Xəbəri paylaş

269 dəfə oxunub.

Digər xəbərlər
4-07-2022, 16:50 Türk ordusu şəhid verdi