Saytımızı qiymətləndirin


 
 

Köçəryan və Sarkisyan siyasətdən getməyincə, Paşinyan baş nazir qalacaq
Tarix: 06-04-2022 | Saat: 13:20
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanda mövcud hakimiyyətlə keçmiş iqtidar təmsilçiləri arasında qarşıdurma və ziddiyyət getdikcə daha kəskin xarakter almağa başlayır.

Baş nazir Nikol Paşinyanın bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşə yollanması Ermənistanın revanşist əhval-ruhiyyəli müxalifətçilərini xeyli aktivləşdirib.

Dünən – aprelin 5-də Ermənistan müxalifəti İrəvanda Paşinyan əleyhinə etiraz aksiyası keçirərək, onu Azərbaycanla anlaşmaya getməkdə ittiham edib.

İrəvandakı revanşistlər Qarabağın Rusiyanın nəzarətində olan ərazilərindəki erməniləri də ayağa qaldırmağa, onları Paşinyan əleyhinə çıxışlara sürükləməyə çalışırlar.

Ancaq müxalifət hələ ki aksiyalara kifayət qədər iştirakçı cəlb edə bilmir.

Elə İrəvanda keçirilmiş dünənki mitinqdə olduğu kimi...

“Ermənistanın ikinci prezidenti Robert Köçəryanın dünən İrəvanda keçirilən mitinqdə iştirak etməməsi və nəzərəçarpacaq passivliyi onu tədricən müxalifət liderləri sırasından sıxışdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, dünənki mitinqdə üçüncü prezident Serj Sarkisyanın çıxış etməsi onu Köçəryanla müqayisədə bir qədər önə çıxarıb:

“Dünən onun iştirakı kifayət qədər simvolik idi. Bununla belə, çoxları hesab edir ki, nə qədər ki, keçmiş prezidentlər siyasi arenadadırlar, müxalifət uğur qazana bilməyəcək”, - deyə qəzet qeyd edir.

Ermənistandakı siyasi ekspertlərin fikrincə, keçmiş prezidentlər siyasi meydandan çəkilməyincə, baş nazir Nikol Paşinyan da hakimiyyətdə qalmaqda davam edəcək. Bu fikrin tərəfdarları əmindirlər ki, yalnız Robert Köçəryan, Serj Sarkisyan kimi köhnə siyasətçilər təqaüdə çıxdıqlarını elan edib gənclərə yol verdikdə, ölkədə vəziyyət dəyişəcək.(modern.az)



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər