Tarix: 05-04-2022 | Saat: 11:21
Bölmə:Karusel / Siyasət | çapa göndər
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deputatları Qazaxıstanın Almatı şəhərində keçirilən MDB-yə üzv olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclası barədə məlumatlandırıb.
Qarabaginfo.az xəbər verir ki, sədr, həmçinin iclas zamanı erməni həmkarı Alen Simonyanla Qarabağda vəziyyətə dair yaşanan mübahisəsindən də danışıb.
Sədr bildirib ki, Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürdüyü öhdəliklərə sadiqdir: “Ermənistan isə bəyanatda göstərilən müddəaları yerinə yetirmir”.
Sahibə Qafarova vurğulayıb ki, o, Alen Simonyanın Azərbaycana qarşı təxribatçı çıxışından sonra söz alaraq rəsmi Bakının mövqeyini açıqlayıb: “Mən vurğuladım ki, Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Azərbaycan üçtərəfli bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil verib. Onun sözlərinə görə, bəyanat imzaladıqdan sonra Azərbaycan ərazisinə daxil olan Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçuları Cenevrə Konvensiyasına uyğun olaraq hərbi əsir kimi tanınmır və cinayət məsuliyyətinə cəlb olunurlar”
Digər xəbərlər