Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir
Tarix: 18-05-2024 | Saat: 12:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank: Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir

Bank sektorunun valyuta mövqeyi prudensial tələblər çərçivəsindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilib.

Qeyd edilib ki, 2023-cü ildə bank sisteminin uzun açıq valyuta mövqeyi 203 mln. manat, bank sisteminin açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti göstəricisi isə 3.6% təşkil etməklə, normativ tələblər çərçivəsində olub. “Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları”na əsasən sərbəst dönərli valyuta üzrə məcmu açıq valyuta mövqeyinin bankın məcmu kapitalına nisbəti üzrə maksimum limit 20% təşkil edir. Sektorda uzunmüddətli dedollarlaşma trendi davam edir. 2023-cü ildə bank sisteminin depozit portfelinin dollarlaşma səviyyəsi ötən il ilə müqayisədə 8.6 f.b azalaraq 38.4%, kredit portfelinin dollarlaşma səviyyəsi isə 1.2 f.b azalaraq 18.8%-ə enmişdir. Sektorda dollarlaşmanın azalması kənar şokların bank sisteminə təsirini neytrallaşdırmağa imkan verməklə bank sisteminin maliyyə dayanıqlılığını gücləndirir.

2023-cü il ərzində depozitlər üzrə dedollarlaşmanın əsas səbəbi hüquqi şəxslərin depozitləri olub. 2023-cü il ərzində ümumilikdə hüquqi şəxslərin cəmi depozitlərinin dollarlaşması 9.8 f.b. azalaraq 41% təşkil edib. Dedollarlaşma trendi hüquqi şəxslərin həm tələbli, həm də müddətli depozitləri üzrə müşahidə edilib. Belə ki, HŞ-lərin tələbli depozitləri üzrə dollarlaşma 12 f.b. azalaraq 36.3%-ə, müddətli depozitləri üzrə isə 10.9 f.b. azalaraq 59.2%-ə enib. 2022-ci ilin sonu ilə müqayisədə HŞ-lərin XV-da olan tələbli depozitləri məbləğ ifadəsində 3.2 mlrd. manat azalmışdır. Azalmanın əsas səbəbi əsasən neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin ödəmələri ilə bağlı olub.

Fiziki şəxslər üzrə depozit portfelinin dollarlaşması son illərin ən aşağı səviyyəsindədir. Hesabat ili ərzində fiziki şəxslərin depozitləri üzrə dollarlaşma 5.8 f.b. azalaraq 34%-ə enmişdir. Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir.



Xəbəri paylaş

1165 dəfə oxunub.

Digər xəbərlər
17-09-2022, 12:17 Sabahın hava proqnozu