Saytımızı qiymətləndirin


 
 

Polis Lvovda törədilən terror aktının təfərrüatlarını açıqlayıb: yaralıların sayı kəskin artıb - VİDEO - YENİLƏNİB
Tarix: 22-02-2026 | Saat: 15:15
Bölmə:Karusel / Dünya | çapa göndər

Polis Lvovda törədilən terror aktının təfərrüatlarını açıqlayıb: yaralıların sayı kəskin artıb - VİDEO - YENİLƏNİB

Lvovda gecə saatlarında baş verən partlayışlar nəticəsində 23 yaşlı qadın polis əməkdaşı həlak olub, daha 24 nəfər yaralanıb. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib.

Qarabagifo.az xəbər verir ki, bu barədə Lvov vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saat təxminən 00:30-da 102 xüsusi xəttinə Danilişin küçəsində yerləşən mağazaya qanunsuz daxilolma ilə bağlı məlumat daxil olub. Hadisə yerinə patrul polisi briqadası çatdıqdan sonra partlayış baş verib. Daha sonra ikinci briqada əraziyə gəldikdə növbəti partlayış qeydə alınıb.

Polisin məlumatına görə, ilkin araşdırma nəticəsində partlayışların əldəqayırma partlayıcı qurğuların işə düşməsi nəticəsində baş verdiyi müəyyən edilib. Partlayışlar nəticəsində 23 yaşlı polis əməkdaşı həlak olub. Patrul polisinin xidməti avtomobili və bir mülki nəqliyyat vasitəsi zədələnib.

Hadisə yerində istintaq-əməliyyat qrupu, partlayıcı maddələr üzrə mütəxəssislər və digər aidiyyəti xidmətlər çalışıb. Yaralılara zəruri tibbi yardım göstərilir.

Polis həmçinin bildirib ki, Ukrayna Cinayət Məcəlləsinin 258-ci maddəsinin 2-ci hissəsi – ağır nəticələrə səbəb olmuş terror aktı maddəsi üzrə cinayət işi açılıb. Məhkəməyəqədər istintaq Lvov vilayəti üzrə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən aparılır.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər