Saytımızı qiymətləndirin


 
 

Makron Fransada ifrat sağçı meyllərin artdığını etiraf edib
Tarix: 05-04-2022 | Saat: 07:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Emmanuel Makron ikinci müddətə prezidentliyə namizədliyini irəli sürüb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransa Prezidenti Emmanuel Makron etiraf edib ki, hakimiyyətinin beş ili ərzində ölkədə ifrat sağçıların artan populyarlığının qarşısını ala bilməyib.

Qarabaginfo.az xəbər verir ki, dövlət başçısı bu barədə “France Inter” radiostansiyasına müsahibəsində bildirib.

“Cəmiyyətdə ətraf mühit, geosiyasət və sosial şəbəkələrlə bağlı çoxlu sayda problemlər var və onlar qorxu yaradır”, - dövlət başçısı deyib.

Fransa liderinin sözlərinə görə, ifrat sağçılar məhz bu qorxularla oynayır.

Makron qeyd edib ki, beş il ərzində ifrat sağçılarla bağlı problemlərin həllindən qaçmayıb, lakin eyni zamanda onların yüksəlişinin qarşısını ala bilməyib.

“İfrat sağçıların problemlərinə real həll yolu tapmaq olar. Ekstremizmə meylli insanları inandırmaq lazımdır”, - dövlət başçısı əlavə edib.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər
11-11-2020, 12:57 Yerevanda mitinq başlayıb