Saytımızı qiymətləndirin


 
 

Kiyev NATO tələblərinə heç vaxt cavab verməyəcək
Tarix: 21-02-2022 | Saat: 08:54
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna NATO üzvlüyünə hazır deyil. Alyansda iştirak ona faydadan daha çox problem gətirəcək. Yaxşı olar ki, Qərb ölkə birləşənə qədər onu hərbi-siyasi bloka qəbul etməyə tələsməsin. Ancaq bu, uzun zaman ala bilər. Ukraynanın NATO üzvlüyünə hazır olub-olmaması məsələsi müzakirələrin digər tərəfidir, baxmayaraq ki, heç kim onun tam hazır olduğunu iddia etmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Foreing Affairs"də yayımlanan məqalədə bildirilib.

"ABŞ Prezidenti Co Bayden və digər Qərb liderləri müntəzəm olaraq deyirlər ki, Kiyev sistemli korrupsiyaya qalib gələ bilmədikcə onu etibarlı namizəd edəcək meyarlara cavab vermir. Alyansın bəzi üzvləri Ukraynanın nə vaxtsa alyansın tələblərinə cavab verəcəyinə şübhə edir və onun qəbuluna heç vaxt səs verməyəcəklərinə eyham vururlar", - məqalədə qeyd olunur.(Axar.az)

 



Xəbəri paylaş

1254 dəfə oxunub.

Digər xəbərlər