Tarix: 20-11-2024 | Saat: 19:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Bu gün biz xam nefti barel başına 9.6 kiloqram CO2 ilə istehsal edirik. Perspektivi göstərmək üçün qeyd edim ki, bütün sənaye barel başına 32 kiloqram CO2 səviyyəsindədir.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində keçirilən "Beynəlxalq aviasiya və iqlim dəyişikliyi" mövzusunda tədbirdə "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev deyib.
"Aviasiya bu gün gündə 6.3 milyon barel reaktiv yanacaq istehlak edir və bu rəqəmin 8.3 milyon barelə qədər artacağı proqnozlaşdırılır. Beləliklə, əlavə 2 milyon barel gündəlik yanacağa ehtiyac olacaq. Dayanıqlı aviasiya yanacağının (SAF) proqnozları 2035-ci ilə qədər təxminən 600,000 barel ətrafındadır. Bu, aşağı karbonlu aviasiya yanacağının (LCAF) rolunu göstərir. Bu, əlçatan məqsəddir və eyni zamanda neft-qaz sənayesini karbon izini azaltmağa həvəsləndirir", - S.Rzayev əlavə edib.
Digər xəbərlər