Saytımızı qiymətləndirin


 
 

Zaxarova Baydenin çağırışına cavab verib: "Yuqoslaviya və İraqdan başlayın"
Tarix: 04-04-2022 | Saat: 20:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rusya'dan, ABD'nin 'BM'deki Rus diplomatları sınır dışı etme' kararına tepki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin Ukrayna ilə bağlı tribunal təşkil etmək çağırışını şərh edərkən Vaşinqtona Yuqoslaviya və İraqla bağlı araşdırmalara başlamağı tövsiyə edib.

Qarabaginfo.az-ın xəbərinə görə, Zaxarova Telegram kanalında "Bayden müharibə cinayətlərinin mühakiməsinə çağırır" başlıqlı yazısında belə qeyd edib:

"Əla ideya - Yuqoslaviyanın bombalanmasından və İraqın işğalından başlasınlar. Siz hələ Srebrenitsadakı tamaşanın baş rejissorlarını da tapa bilərsiniz və təbii ki, Kosovoda amerikalı rəsmi şəxslərin kimliyi altında orqan alveri... Onlar başa çatan kimi dərhal Yaponiyanı nüvə bombalamasına başlaya bilərəm", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.



Xəbəri paylaş

1251 dəfə oxunub.

Digər xəbərlər