Saytımızı qiymətləndirin


 
 

Putin gün ərzində Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələrin endirilməsini istisna etməyib
Tarix: 28-11-2024 | Saat: 22:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin gün ərzində Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələrin endirilməsini istisna etməyib

Rusiya kiçik hədəfləri hipersəs raketlə vurmağı mənasız hesab edir, bu, topla sərçələri vurmaq kimidir.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən KTMT sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

Putin bir daha təsdiqləyib ki, Rusiya Kiyevdə qərar qəbuletmə mərkəzlərinə zərbələr endirmək üçün "Oreşnik"dən istifadə edə bilər.

Rusiya lideri bildirib ki,"Oreşnik"dən istifadənin sınaq aspekti bu silahı təkmilləşdirməyə yönəlib. Onun sözlərinə görə, "Oreşnik"in sınaqları “məsafə ilə döyüş hissəsi arasında oynamaq” cəhdləri ilə bağlıdır.

Putin qeyd edib ki, Ukraynada atılan “Oreşnik” raketində güclü dağıdıcı elementlər olub.

O, “Oreşnik” zərbəsini meteoritin düşməsi ilə müqayisə edib.

Putin Ukraynadakı qərar qəbuletmə mərkəzlərinə hücumlarla bağlı suala cavab olaraq “gün ərzində hər şeyin mümkün olduğunu” deyib.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər