Saytımızı qiymətləndirin


 
 

Rusiya sülhməramlılarına dərs vermək lazımdır! - Qarabağda baş verənlər deputatları HİDDƏTLƏNDİRİB
Tarix: 12-11-2021 | Saat: 14:26
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər

Rusiya sülhməramlı qüvvələrinin Qarabağakı fəaliyyəti əndazələri aşır. Son hadisələr göstərir ki, onların gördüyü işlər Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib, 10 noyabr 2020-cil tarixli üçtərəfli bəyanatın çərçivəsindən kənara çıxır.

Söhbət Rusiya hərbçiləri tərəfindən Xocalı ərazisində rəsmi Bakıdan icazəsiz “Şöhrət xiyabanı” adlı abidə kompleksi açmasından gedir. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

Bundan başqa, orada qoyulmuş digər bir abidə sülhməramlılara həsr olunmuş heykəldir. Bu heykəldə rus əsgərə sığınaraq ona gül dəstəsi təqdim edən, hərbçiyə sanki yalvaran erməni uşağı əks olunub.

Rusiyalı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun Qarabağa gələrək, Moskva bəyanatının qəbul edilməsinin 1 illiyi ilə bağlı hərbçilərə medallar paylaması da özbaşınalığın digər formasıdır.

Hələ onu demirik ki, sülhməramlıların razılığı ilə Ermənistanın müdafiə naziri Arşak Karapetyan, eks-prezidentlər Serjik Sarkisyan və Robert Koçaryan bugünlərdə Xankəndiyə gəlib müxtəlif mərasimlərə qatılıblar.

Baş verənlərdən belə nəticə çıxmırmı ki, Moskva Bakı ilə hesablaşmır?..


Ümumiyyətlə, sülhməramlıların bir il ərzində üçtərəfli bəyanata uyğun addım atmadıqlarının dəfələrlə şahidi olmuşuq. Bölgədə sülhü bərqərar etmək məqsədi ilə gəlsələr də, bunun tamam əksini edirlər.


Qarabaqinfo.az 
məsələ ilə bağlı Milli Məclis üzvlərinin mövqeyini öyrənib.

 

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbasın sözlərinə görə, sülhməramlıların bu addımları onu göstərir ki, heç onlar Putini də saymırlar:


“Rusiyanın prezidenti Vladimir Putin üçtərəfli bəyanata qol çəkib. Sülhməramlılar belə görünür ki, Putini də saymırlar. Ya da ola bilsin ki, Putin özü deyib ki, məni saymayın.


Dünyanın soyqırımı kimi tanıdığı Xocalı qətliamının törədildiyi şəhərdə ermənilər üçün evlər tikit, kilsə açır, abidə ucaldırlar. Həm də abidədə əks olunub ki, erməni uşağı gəlib rus əsgərinə sığınıb. Biz erməni uşağını öldürmüşük ki, o da rus əsgərinə sığınsın? Biz dinc əhaliyə qarşı yox, müharibə qaydalarına uyğun vuruşuruq.


Onlar abidə ucaldaraq öz əməllərini ört-bas etmək istəyirlər, amma 44 günlük Vətən müharibəsində hər şey aydın şəkildə göründü. Tarix var, həqiqət var.


Gün gələcəkdə Xocalını, Xankəndini azad edəcəyik. Biz abidə dağıdan deyilik, amma onların qarşısında elə bir abidə ucaldacağıq ki, heç indiki heykəl görünməyəcək”.

124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov qeyd edib ki, sülhməramlılar ucaltdıqları abidə ilə orada ömürlük qalacaqlarını düşünürlər:


“Birinci onlar sülhməramlı yox, erməniməramlıdılar. İkincisi də, orada yerləşən “sülhməramlılar” Moskvaya tabedilər. Kremldən hansı göstərişi verirlərsə, bunlar da ona əməl edirlər.


Gedişatdan belə görünür ki, onlar ağıllarına gələni edir, bəlkə də düşünürlər ki, hələ Qarabağdakı ermənilərin cibinə rus pasportu da qoyacaqlar. Bunlar dözülməz hərəkətlərdir.


Mən Azərbaycan tərəfi olaraq hesab edirəm ki, bununla barışa, razılaşa bilmərik.


Xocalıda rus provaslav kilsəsi tikirlər. Heç oradakı hərbçilərin çoxu Rusiyada kilsəyə getməyib. Deməli burada başqa niyyət var. Onlar ibadət etmək üçün yox, nişanə qalsın deyə kilsə tikirlər. Mesaj verib, bünövrə qoyurlar ki, biz burda qalacağıq. Bu hadisələr tamam başqa mətləblərdən xəbər verir.

Elə bilirlər ki, həmin ərazi onlara məxsusdu. Sülhməramlıya qoyduqları abidə də rus-erməni dostluğunun simvoludur. Yəni əzəldən ermənilərin müdafiəçisi rus əsgərləri olub”.

79 saylı İmişli seçki dairəsinin deputatı Razi Nurullayev bildirib ki, belə hadisələrdən sonra Azərbaycan tərəfi müdaxilə edib, Laçın dəhlizini bir həftəlik bağlamaldır:


“Bu məsələdə Azərbaycanın atacağı ən vacib addımlardan biri gözünü yumaraq, qətiyyətli qərar verməsidir. Bir gün sülhməramlı qüvvələrə də dərs vermək lazımdır. Bunun üçün Azərbaycan Laçın dəhlizini bir həftəlik bağlamalıdır. Bu şəkildə Azərbaycan onlara təzyiq göstərsə, ruslar da anlayarlar.


Bizimlə hesablaşmadan Qarabağda abidə ucaldlmasına, kilsə açılmasına dəqiq bir zərbə endirilsə, çox yaxşı olar. Bu, Azərbaycanın müharibəni başlatması demək deyil.


Biz bu məsələlərdə İsraildən dərs almalıyıq. İsrail təcrübəsindən yararlanmalıyıq. Bəzi məsələlərdə güzəştsiz olmalıyıq. Çünki indi bir abidənin açılmasına göz yumuruqsa, sabah abidəni Xankəndinin ortasında, o biri gün Laçın dəhlizində ucaldacaqlar.


Nə qədər sərt bəyanatlarla çıxış etsək də, yenə də onlar dərs almır. Sözlə bunu həll etmək olmursa, konkret addım atmaq lazımdır. Erməni silahlı dəstələrinin olduğu əraziyə PUA-larla zərbə endirmək, kiçik anti-terror əməliyyatına başlamaq olar. Bu hadisələrdən sonra ruslar da hər şeyi anlayacaqlar”.( modern.az)



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər