Saytımızı qiymətləndirin


 
 

ATƏT sədrindən Bakı və İrəvana çağırış: "Xoş niyyət göstərin"
Tarix: 03-04-2022 | Saat: 10:12
Bölmə:Karusel / Siyasət | çapa göndər

 ATƏT sədrindən Bakı və İrəvana çağırış:

 


"Biz bütün həll edilməmiş məsələlərin hərtərəfli həllinə nail olmaq üçün həm Ermənistanı, həm də Azərbaycanı danışıqlarda xoş niyyətlə iştirak etməyə çağırırıq".

Qarabaginfo.az xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Raunun Cənubi Qafqaz ölkələrinə səfərlərinin yekunlarına dair bəyanatında deyilir.

ATƏT sədri Azərbaycana səfəri çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. Danışıqlar uzunmüddətli və davamlı sülhün əldə olunmasında ATƏT-in iştirakına və Azərbaycan və Ermənistan arasında həll olunmamış problemlərin həlli yollarının axtarışına həsr olunub.

Bu görüş zamanı o, humanitar məsələlərin həllində irəliləyişin olmasının vacibliyini vurğulayıb.

“Ümid edirik ki, xüsusilə məhbusların azad edilməsi, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsi, minaların təmizlənməsi, tarixi və mədəniyyət obyektlərinin mühafizəsi kimi təxirəsalınmaz humanitar məsələlərin həllində irəliləyəcəyik”, - deyə ATƏT sədrinin bəyanatında vurğulanır.

İrəvanda olduğu kimi Bakıda da Rau şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin rolunu qeyd və onun iştirakının gücləndirilməsini təklif edib: “Onun işi təhlükəsizliyin təşviqi, etimadın yaradılması, humanitar yardımın əldə edilməsinin asanlaşdırılması və digər həyati vacib məsələlərə töhfə verməklə əlavə dəyər verə bilər”.

Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

“Təşkilatda Polşa sədrliyi yerdə davam edən gərginliyin azaldılması üçün zəruri olan dialoqun asanlaşdırılmasına yönəlmiş bütün təşəbbüsləri qətiyyətlə dəstəkləyir. Biz bütün həll edilməmiş məsələlərin hərtərəfli həllinə nail olmaq üçün həm Ermənistanı, həm də Azərbaycanı danışıqlarda xoş niyyətlə iştirak etməyə çağırırıq”.

Rau ATƏT-in Ermənistanla Əməkdaşlıq Proqramı çərçivəsində islahatlar səylərinə müsbət töhfə verdiyini vurğulayıb. O, həmçinin Təşkilatın Ermənistanda və onunla birlikdə öz səylərini birləşdirə və cari problemlərin həllində ölkəyə necə kömək edə biləcəyi barədə fikirlər təklif edib.

ATƏT-in fəaliyyətdə olan sədri Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına dair diplomatik təşəbbüsü də alqışlayıb və vurğulayıb ki, “bu proses bütövlükdə regionda sabitliyin möhkəmlənməsinə töhfə verə bilər”.(Yenisabah.az)



Xəbəri paylaş

1411 dəfə oxunub.

Digər xəbərlər