Tarix: 15-11-2021 | Saat: 10:04
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bu gündən Bakı şəhəri və digər ərazilər üzrə istiliyin verilməsinə başlanılır.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Qafqazinfo”ya “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev məlumat verib.
O bildirib ki, artıq dünəndən “Azəristiliktəchizat” tərəfindən qazanxana və istilik mərkəzlərinin işə salınması ilə bağlı ərazilərə xidmət göstərən istilik-istismar müəssisələrinə göstəriş verilib: “Dünən səhərdən qazanxanaların işə salınmasına başlanılıb. Əlavə olaraq bildirirəm ki, havaların soyuq keçməsi ilə əlaqədar olaraq internat məktəbləri, bəzi xəstəxanalara, sosial obyektlərə vaxtından əvvəl istiliyin verilməsi ilə bağlı müraciət edilmişdi. Onların qazanxanaları artıq işləyirdi. Digər qazanxanaların da bu gün qrafikə uyğun olaraq gün ərzində işə salınması təmin olunacaq. Ümumilikdə qurumun 559 qazanxana və 90 istilik məntəqəsi bu gündən normal rejimdə çalışacaq”
Digər xəbərlər