Tarix: 02-08-2024 | Saat: 22:16
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub.
Qarabaginfo.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan mərasimdə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin rəsmiləri ilə yanaşı, ölkənin mədəni-ictimai xadimlər, görkəmli kino adamları iştirak edib.
Açılış nitqi ilə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın kino tarixinə nəzər salaraq kino xadimlərini təbrik edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son dövrlərdəki problemlərə toxunub: “Bizim kinonun, ən azından, 30 il bundan öncəki sürətə düşməsini arzu edirəm. Bunun üçün birlikdə işləmək gərəkdir. Müəyyən səbəblərə görə Azərbaycan kinosunda ləngimə baş verdi. Amma artıq o problemlər həll olunub”.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu da, öz növbəsində, kino adamlarını təbrik edib.
Orxan Fikrətoğlu artıq Azərbaycan kinosundakı durğunluq dövrünün arxada qaldığını bildirib.
Daha sonra agentliyin hesabatı və Mədəniyyət Nazirliyinin müxtəlif kino adamlarına mükafatı təqdim olunub.
Yekunda yubiley filmlərinin fonunda konsert proqramı və yeni filmin premyerası olub.
Digər xəbərlər