Tarix: 05-07-2021 | Saat: 12:58
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşov vəfat edib.
Bu barədə “Mosfilm”in saytında xəbər verilib.
“Tanınmış sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüsseri, “Mosfilm”in idarə heyətinin üzvü 82 yaşında koronavirus infeksiyasının yaratdığı fəsaddan dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda dünyaya göz açıb. Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü olan rejissor SSRİ Dövlət Mükafatı (1981) və N.Krupskaya adına RSFSR Dövlət Mükafatı (1978) laureatıdır.
O, həmçinin “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”) filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb. (Oxu.az)
Digər xəbərlər