Paşinyanın Xankəndindəki generalı Putinin milyarder “desantı”nı teledebata çağırdı...
Tarix: 19-05-2023 | Saat: 11:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1195 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-05-2023 | Saat: 11:48
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun Rusiyanın müvəqqəti(!) nəzarətində qalan Xankəndi şəhərində 32-ci ildir qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin “müdafiə ordusu”nun keçmiş komandanı, general Samvel Babayanın başçılıq etdiyi qeyri-qanuni “Vahid vətən” “partiya”sı dünən mayın 18-də qondarma “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” "ictimai hərəkatı"nın mayın 18-də keçirdiyi mətbuat konfransında səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb və həmin fikirləri “açıq-aşkar manipulyasiya” kimi qiymətləndirib.
Moderator.az xəbər verir ki, bu haqda Qarabağdakı separatçı hayk nəşrləri məlumat yayıb.
Xatırladaq ki, qanunsuz və separatçı, işğalçı niyyətli “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” artıq 9-cu aydır Azərbaycan torpaqlarında qeyri-qanuni ictimai-siyasi və iqtisadi-sosial fəlaiyyət göstərən və Putinin milyarder “desant”ı adlanan Ruben Vardanyan tərəfindən yaradılıb və hazırda təşkilata özü başçılıq edir...
Sözügedən xəbərdə Ermənistan baş naziri Paşinyanın “adamı” sayılan general-mayor Samvel Babayanın bəyanatının sonunda Ruben Vardanyanı qaldırılan məsələləri müzakirə etmək üçün teledebata çağırdığı da bildirilir.
“...“Vahid Vətən” partiyası Artsax ictimai televiziyasına müraciət edərək, Artsaxda yaranmış böhranın aradan qaldırılması məqsədi ilə öz fikirlərini və proqram müddəalarını ictimailəşdirmək üçün Samvel Babayan və Ruben Vardanyanın iştirakı ilə teledebat təşkil etməyi tələb edir”,- məlumatda belə deyilir.
Xəbəri paylaş
Digər xəbərlər
23-06-2026, 16:53
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib
22-08-2024, 08:10
Venesuelada müxalifət dövlət çevrilişinə cəhddə ittiham olunub
12-06-2024, 23:04
ABŞ-li səfir: "ATACMS" tipli silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunmamalıdır
26-12-2023, 15:06
“Qırmızı Körpü”də 508 yük maşını növbə gözləyir
13-08-2022, 18:34
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
24-12-2021, 19:05
Putinin xüsusi nümayəndəsi Prezident Azərbaycan Prezidentini təbrik edib
15-05-2024, 17:11
Bakıda saxlanılan Qarabağ separatçılarının həbs müddəti uzadılıb
17-04-2020, 12:43
Milli Məclis bələdiyyələrlə bağlı illik məruzəni qəbul etdi - YENİLƏNİB







" style="width: 670px; height: 340px;">










