Ana Sayfa > Karusel / Qarabağ > Paşinyanın Xankəndindəki generalı Putinin milyarder “desantı”nı teledebata çağırdı...

Paşinyanın Xankəndindəki generalı Putinin milyarder “desantı”nı teledebata çağırdı...


19-05-2023, 11:48. Yazar: Admin
Paşinyanın Xankəndindəki generalı Putinin milyarder “desantı”nı teledebata çağırdı...
Azərbaycan Respublikası Qarabağ iqtisadi rayonunun Rusiyanın müvəqqəti(!) nəzarətində qalan Xankəndi şəhərində 32-ci ildir qanunsuz fəaliyyət göstərən separatçı-terrorçu rejimin “müdafiə ordusu”nun keçmiş komandanı, general Samvel Babayanın başçılıq etdiyi qeyri-qanuni “Vahid vətən” “partiya”sı dünən mayın 18-də qondarma “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” "ictimai hərəkatı"nın mayın 18-də keçirdiyi mətbuat konfransında səsləndirilən fikirlərlə bağlı bəyanat yayıb və həmin fikirləri “açıq-aşkar manipulyasiya” kimi qiymətləndirib.
 
Moderator.az xəbər verir ki, bu haqda Qarabağdakı separatçı hayk nəşrləri məlumat yayıb.
 
Xatırladaq ki, qanunsuz və separatçı, işğalçı niyyətli “Artsax təhlükəsizlik və inkişaf cəbhəsi” artıq  9-cu aydır Azərbaycan torpaqlarında qeyri-qanuni ictimai-siyasi və iqtisadi-sosial fəlaiyyət göstərən və Putinin milyarder “desant”ı adlanan Ruben Vardanyan tərəfindən yaradılıb və hazırda təşkilata özü başçılıq edir...
 
Sözügedən xəbərdə Ermənistan baş naziri Paşinyanın “adamı” sayılan general-mayor Samvel Babayanın bəyanatının sonunda Ruben Vardanyanı qaldırılan məsələləri müzakirə  etmək üçün teledebata çağırdığı da bildirilir.
 
“...“Vahid Vətən” partiyası Artsax ictimai televiziyasına müraciət edərək, Artsaxda yaranmış böhranın aradan qaldırılması məqsədi ilə öz fikirlərini və proqram müddəalarını ictimailəşdirmək üçün Samvel Babayan və Ruben Vardanyanın iştirakı ilə teledebat təşkil etməyi tələb edir”,- məlumatda belə deyilir.

Geri dön