Saytımızı qiymətləndirin


 
 

Göyçayda 80 yaşlı sakin yanan evdən xilas edilib
Tarix: 02-04-2022 | Saat: 21:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Göyçayda 80 yaşlı sakin yanan evdən xilas edilib

Göyçay rayonunda mənzildə yanğın hadisəsi baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, saat 19:30 radələrində rayonun Mirzəhüseynli kənd sakini, 1942-ci il təvəllüdlü Əhmədov Yaqub Əhməd oğluna məxsus evdə yanğın başlayıb.

Ümumi sahəsi 130 kvadrat metr sahəsi olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 114 kvadratmetrlik hissəsi və içəridəki əşyalar yanaraq yararsız hala düşüb.

Hazırda yanğınsöndürənlər hadisə yerindədir, alovun qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə edilib. Hadisə zamanı evdə olan 80 yaşlı Yaqub Əhmədov bədənin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.(Apa)



Xəbəri paylaş

1198 dəfə oxunub.

Digər xəbərlər