Oğuzda evdə yanğın olub.

Qarabaginfo.az xəbər verir ki, rayonunun Muxas kəndində ümumi sahəsi 65 m² olan birmərtəbəli evin 1 otağında 2 m² sahədə döşəmə və 1 ədəd yataq dəsti yanıb.  Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.