Saytımızı qiymətləndirin


 
 

Bu ilin I yarısında DVX tərəfindən 432 cinayət işi başlanılıb
Tarix: 17-07-2024 | Saat: 17:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Bu ilin I yarısında DVX tərəfindən 432 cinayət işi başlanılıb

2024-cü ilin I yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən 432 cinayət işi başlanılıb.

Qarabaginfo.az DVX-yə istinadən xəbər verir ki, hesabat dövründə 17,5 milyon manat vəsaitin dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.

Qeyd edilib ki, 2024-cü ilin 6 ayı ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində vergiləri ödəməkdən yayınma, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının qərəzli olaraq icra edilməməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz sahibkarlıq, cinayət yolu ilə alınmış əmlakı leqallaşdırma və yalançı sahibkarlıq faktları üzrə cəmi 432 cinayət işi başlanılıb. 

Hesabat dövründə 42 cinayət işinin icraatına xitam verilib, 33 nəfər barəsində ittiham elan edilməklə 27 cinayət işi məhkəməyə göndərilib, nəticədə 69 cinayət işinin ibtidai istintaqı tamamlanıb, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 

İstintaqı tamamlanmış 22 iş üzrə Cinayət-Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən müvafiq qərarlar qəbul edilib və ibtidai istintaq zamanı 2,6 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə ödətdirilib. Bundan başqa, istintaq olunan cinayət işləri üzrə ümumilikdə 13,3 milyon manat məbləğində vurulmuş ziyanın ödənilməsi təmin edilib.

Hesabat dövründə vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 1,6 milyon manat vəsait ödətdirilib.



Xəbəri paylaş

127 dəfə oxunub.

Digər xəbərlər