Tarix: 05-01-2022 | Saat: 15:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bayram günlərində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb”.
Qarabaginfo.az xəbər verir ki, bunu stansiyanın əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva deyib.
Onun sözlərinə görə, bayram günlərində 139 həkim briqadası xidmət göstərib: “Çağırışların sayında artım olsa da, bacardığımız qədər təcili yardım xidməti ilə təmin edə bilək”.
N.Fərzəliyeva bildirib ki, bayram günlərində pirotexniki vasitələrdən xəsarət almaqla bağlı müraciət daxil olmayıb. Onun sözlərinə görə, adi günlərdə 2600-2700 çağırış olurdusa, bayram günlərində bu rəqəm 2800-3300 arası idi: “Ən çox çağırışlar yanvar ayının 2-si və 3-ü oldu. Bu da onunla əlaqəlidir ki, digər tibb müəssisələri qeyri-iş rejimində fəaliyyət göstərib”.
Digər xəbərlər