Saytımızı qiymətləndirin


 
 

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının mandatı uzadılmayıb
Tarix: 31-03-2022 | Saat: 19:05
Bölmə:Karusel / Gündəm | çapa göndər

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının mandatı uzadılmayıb

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının mandatının uzadılması ilə bağlı konsensus əldə olunmayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ATƏT-in saytında məlumat verilib.

ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və Baş katib Helqa Şmid Xüsusi Monitorinq Missiyasının fəaliyyətinin uzadılması ilə bağlı konsensusun əldə olunmamasından təəssüflərini ifadə ediblər.

“Mən çox təəssüf edirəm ki, Rusiya Federasiyasının mövqeyinə görə Xüsusi Monitorinq Missiyasının mandatının uzadılması ilə bağlı razılığa gələ bilmədik. Son 8 il ərzində Missiya yerlərdə təhlükəsizlik və humanitar vəziyyət haqqında obyektiv məlumat verməkdə həlledici rol oynayır və münaqişənin mülki əhaliyə təsirini azaltmaq üçün dayanmadan çalışırdı”, - ATƏT sədri vurğulayıb.

ATƏT Baş katibi isə Missiyanın cəsur əməkdaşlarına səmimi minnətdarlığını bildirib: “Ukraynaya səfərlərim zamanı onların işlərini öz gözlərimlə görmək şərəfinə nail oldum. Mən onların tez-tez gərgin və qeyri-sabit vəziyyətlərdə nümayiş etdirdikləri peşəkarlıq, öhdəlik və fədakarlıqdan hədsiz qürur duyuram və heyranam”.

Gələcəkdə hansı addımların atılması barədə müzakirələr davam edərkən, Xüsusi Monitorinq Missiyası ATƏT-in sahə əməliyyatı kimi inzibati statusunu qoruyacaq və missiya üzvlərinin, aktivlərinin və binalarının təhlükəsizliyini təmin etmək funksiyalarını yerinə yetirməyə davam edəcək.

Qeyd edək ki, Xüsusi Monitorinq Missiyası 2014-cü ilin martında Ukrayna hökumətinin ATƏT-ə müraciəti və bütün 57 iştirakçı dövlətin konsensus qərarı əsasında yaradılıb. Xüsusi Monitorinq Missiyası 1291 missiya üzvü (814 beynəlxalq və 477 milli heyət) ilə ATƏT-in ən böyük missiyasıdır.

2014-cü ilin mart ayından etibarən Missiya 2432 gündəlik hesabat və 242 spot hesabat dərc edib. Təkcə 2021-ci ildə monitorinq qrupları təmas xəttinin hər iki tərəfində mülki əhalinin faydalanması üçün su, qaz və elektrik şəbəkələri kimi mühüm mülki infrastruktur obyektlərinin təmiri və saxlanmasına imkan verən 18 000-ə yaxın patrul xidməti həyata keçirib.



Xəbəri paylaş

1201 dəfə oxunub.

Digər xəbərlər