Saytımızı qiymətləndirin


 
 

Paşinyan müxalifəti tənqid edib: Bəzi qüvvələr Ermənistanın suverenliyini ləğv etmək istəyir
Tarix: 07-05-2024 | Saat: 13:19
Bölmə:Karusel / Region | çapa göndər

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sülh danışıqlarına hazırdır” - BBC News Azərbaycanca

Müxalifətin tanınmış nümayəndələrindən biri canlı efirdə Ermənistanda açıq və ədalətli seçkilərin keçirilməsinin məqsədəuyğunluğundan şübhələnir. Bunun nə demək olduğunu başa düşürük? Bu o deməkdir ki, Ermənistanın suverenliyi mübahisəlidir, çünki suverenliyin mənbəyi xalqdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, bir sıra daxili və xarici qüvvələrin müharibəyə ehtiyacı var və bu hakimiyyət dəyişikliyini seçkisiz həyata keçirmək məqsədi daşıyır.

“44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib. Onlar müharibəyə təhrik etməyi, Ermənistanda müharibə nəticəsində seçkisiz hakimiyyət dəyişikliyi təmin etməyi və bunun ardınca Ermənistanda qeyri-legitim, marionet hakimiyyətin quraraq Ermənistanın de-fakto, ardınca isə de-yure suverenliyini ləğv etmək istəyir”, o deyib.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər
13-08-2021, 17:37 İmişlidə zəlzələ oldu