Tarix: 04-06-2021 | Saat: 10:59
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son günlər Rusiya Federasiyası ilə sərhəddə yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur.
Qarabaginfo.az xəbər verir ki,bu barədə Modern.az-ın sorğusunu cavablandıran Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi, Gömrük xidməti polkovniki Natiq Axundov bildirib ki, buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır:
“Hazırda “Samur” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Tərəfimzidən rəqəmin 600-ə qədər çatdırılması mümkündür. Amma Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik rəqəmi 300-dən yuxarı qaldırmağa imkan vermir. Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir. Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir”.
İdarə rəisinin sözlərinə görə, hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır, qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq.
Digər xəbərlər