Tarix: 10-02-2022 | Saat: 12:14
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Qaynar Xət"də kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.
Qarabaginfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, Səhiyyə Nazirliyinə şikayətlə bağlı daxil olan hər bir müraciət qeydə alınır və təhlil olunur: "Məsələ tam dərindən öyrənilir. Vətəndaş məmnunluğunun təmin etmək üçün bütün lazımi addıtlar atılır".
O, pandemiya dövründə edilən şikayət çoxluğuna da aydınlıq gətirib: “Nəzərə almaq lazım idi ki, pandemiya bütün dünya üçün yeni bir sınaq idi. Təbii ki, bütün şikayətlər araşdırılır. Misal olaraq, Bakı üzrə poliklinikaların nəzdində 41 məntəqə fəaliyyət göstərir. Onlar da test götürməklə məşğuldurlar. Son zamanlar koronavirusun yeni ştamı olan “Omikron”un yoluxuculuq qabiliyyətinin yüksək olmasından yoluxma sayları kəskin sürətdə artır. Bu da istər-istəməz şikayətlərin sayına təsirsiz ötüşmür. Qeyd edim ki, tibb işçiləri axşam saat 9-a kimi işləyir. Ona görə də əhalinin bu məsələdə anlayışlı olmağa səsləyirəm. Amma istənilən halda "Qaynar Xətt"ə daxil olan bütün zənglər cavablandırılır. Kimin zənginə cavab verilmirsə, səbrli olaraq yenidən zəng vurmasını tövsiyə edirəm”.
Digər xəbərlər