Rusiya prezidenti Vladimir Putin digər ölkələri Rusiya ilə münasibətləri normallaşdırmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, Putin dünya  ölkələrini münasibətləri normallaşdırmağa və  əməkdaşlıq etməyə çağırıb:

"Bizim heç bir pis niyyətimiz yoxdur, vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur, biz məhdudiyyətlər qoyuruq, bütün öhdəliklərimizi yerinə yetiririk". 

Putin digər ölkələr qarşısında iqtisadi öhdəliklərini yerinə yetirdiklərini də vurğulayıb.