Tarix: 21-01-2022 | Saat: 14:37
Bölmə:Karusel / Siyasət | çapa göndər
“ABŞ siyasətinin dəyişməzsə Vaşinqtonun düşmən fəaliyyətinin qarşısının alınması çərçivəsində sərt fəaliyyət göstərəcəyik”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Ölkənin xarici işlər naziri Sergey Lavrovun yanvarın 14-də keçirdiyi mətbuat konfransında jurnalistlərin səsləndirdiyi sualları bu gün yazılı formada cavablandıran XİN-dən qeyd olunub ki, ya Moskva və Vaşinqton Rusiyanın da prioritetlərini nəzərə almaqla daha poztiv gündəliklə bağlı razılaşır, ya da qarşıdurma daha da artacaq.
“Rusiya ilə ABŞ arasında qeyri-müəyyən fikir ayrılığı yoxdur. Sadəcə olaraq amerikalı həmkarlardan siyasi idarə göstərmək tələb olunur”, - XİN-dən bildirilib.
Qeyd edək ki, hazırda İsveçrənin Cenevrə şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilir.
Digər xəbərlər