Saytımızı qiymətləndirin


 
 

Avropa çempionatı: Yunan-Roma güləşçilərinin rəqibləri bəlli olub
Tarix: 31-03-2022 | Saat: 19:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

Avropa çempionatı: Azərbaycanı 23 güləşçi təmsil edəcək - Ən son idman xəbərləri

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, tədbirdə Azərbaycan təmsilçilərinin də rəqibləri müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan start verəcək Eldəniz Əzizlinin (55 kq) rəqibi Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi olacaq. Murad Məmmədov (60 kq) ilk görüşdə Daniel Bobilyo (İspaniya) ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) 1/4 finalda Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Həsrət Cəfərov (67 kq) 1/8 finalda Vitalis Lazovskini (Almaniya), Ülvü Qənizadə (72 kq) Samuel Belşeidi (Almaniya), sınağa çəkəcək. Bu raundda Sənan Süleymanov (77 kq) İlye Koyokari (Rumıniya), Rafiq Hüseynov (82 kq) Petr Novak (Çexiya), İslam Abbasov (87 kq) Matey Mandiç (Xorvatiya), Murat Lokyayev (97 kq) Arvi Savolaynenlə (Finlandiya) qarşılaşacaq.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, aprelin 1-də 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. Bir gün sonra isə digər 5 çəkidəki pəhləvanlar mübarizəyə qoşulacaq. Qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.



Xəbəri paylaş

1220 dəfə oxunub.

Digər xəbərlər
6-10-2020, 13:24 Sabahın hava proqnozu